SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtomobil yollarındakı vəziyyət barədə məlumat verilib.


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə respublikanın əsas yollarındak vəziyyət açıqlanıb.

1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.

2 Giləzi - Xızı - Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

3 Bakı - Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

4 Qobustan - Şamaxı - Muğanlı - Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.

5 Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

6 Bakı - Ələt - Hacıqabul - Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7 Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8 Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9 Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10 İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.

11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

12 Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

13 Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

14 Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16 Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

17 Lənkəran – Lerik - Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

BAKU.WS