SİZİN REKLAM BURADA!
055 213 76 73



"Gənclik Mall"-un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib.

Bu haqda BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib:

"Bunu etməkdə əsas məqsədimiz ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır.

F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır". 

Qeyd edək ki, artıq ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib. 

Hüseyn Məmmədsalahov
BAKU.WS