SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Parlament prospektində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bundan başqa axsam saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS