SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Bundan başqa, bu gün saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS