SİZİN REKLAM BURADA!
055 213 76 73



Son illərdə "Facebook" şirkəti istifadəçilərin fərdi məlumatlarını 60 smartfon və başqa qurğu istehsalçısına ötürüb. Bu haqda "The New York Times" nəşri məlumat yayıb.

BAKU.WS ICTnews-a istinadən bildirir ki, dünyanın ən böyük sosial şəbəkəsi "Apple", "Microsoft", "Amazon" və "Samsung" kimi şirkətlərlə müvafiq razılaşmalar imzalayıb.

Əsas məqsəd digər sosial şəbəkələr arasında öz vəziyyətini gücləndirmək istəyidir.

Bu, Mark Zukerberqin şirkəti tərəfindən istifadəçi məlumatlarının təhlükəsizliyinə riayət edilməsini şübhə altına qoyur.

BAKU.WS