SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış aparıcı və aktyor İlkin Həsəni uşaq qidaları ilə bağlı valideynlərə xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, bu barədə İlkin Həsəni şəxsi Facebook hesabında yazıb. O qeyd edib ki, bu yaxınlarda Hökümət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan "Aptami" uşaq qidası alıb: 

"Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də alınmadı. Qutu bir neçə gün aptekdə qaldıqdan sonra, “biz firmaya göndərdik, onlar da dedi ki hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var. İndi siz mənə deyin görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar belə mən heç vaxt bu haqqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!"

BAKU.WS