SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə dünya çempionatının başlamasına iki aydan az vaxt qalıb. Bu dəfəki Mundialın digərləri ilə fərqi odur ki, dünyanın ən izlənilən yarışı qonşu Rusiyada keçiriləcək. Bu isə o deməkdir ki, azərbaycanlı futbol azarkeşləri 14 iyun-15 iyul tarixləri arasında şimal qonşumuzun 11 şəhərində əsl bayramın bir hissəsi ola bilər və ən əsası da çox pul xərcləmədən.


Arif Sadıqov və Teymur Əliyev Rusiyaya yollanacaq yerli azarkeşlərdəndir. Hər ikisini futbola olan sevgi birləşdirir və bu kimi fürsəti əldən verə bilməzdilər, - deyə dostlar etiraf edir. Hər ikisinin üz tutacağı şəhər isə Rusiyanın şimal paytaxtı - Sankt-Peterburqdur.

“Biletlərin qiymətinin baha olacağını güman edirdim. Bu səbəbdən elə ötən ilin dekabrı təyyarə biletlərimi aldım. Gediş-gəliş təyyarə biletinə 160 manat ödədim. Bir həftəlik mehmanxanada qalmaq üçün isə 50 avro pul ödəyəcəm,” - deyə Arif bildirib.

Teymurun götür-qoy etməsi uzandığından xərcləməyə başladığı məbləğdə dostunun məbləğindən fərqlənir.

“Birinci Kazana getmək istəyirdim. Sonra fikrimi dəyişdim. Mart ayı Bakı-Sankt-Peterburq-Bakı aviabiletinə 320 manat ödədim. Qalmaq üçün yer baha olduğundan çox güman qohumlarımın yanında qalacam.”

Bəs azarkeş bu dəqiqə çemodanlarını hazırlamağa qərar versə, bir həftəlik olsa belə futbol festivalın bir hissəsi olmaq üçün nə gədər pul xərcləyəcək?

Tələsən təndirə düşmür

Əvvəlcədən qeyd edək ki, yekun məbləğə təsir edəcək iki vacib amil var:

-Beynəlxalq nəqliyyat üçün biletlər/ qalmaq üçün yeri qabaqcadan əldə edib/tapmaq
-Mundialın keçirildiyi şəhərdə orta xərclər digər şəhərdən fərqlənməsi (ərzaq məhsulları, şəhərdaxili nəqliyyatın qiyməti və s.)

Mərhələ 1 Oyuna bilet əldə etmək

Dünya çempionatına biletləri ancaq Beynəlxalq Futbol Federasiyalar Assosiasiyası yəni FİFA-nın rəsmi internet səhifəsində əldə etmək olar. Biletlərin satışı üç mərhələyə bölünmüşdü və artıq sonuncu, üçüncü mərhələyə start verilib (18 aprel- 15 iyul). Qiymətlərə gəldikdə, onlar əvvəlcədən təstiqləndiyindən alındığı vaxtdan asılı olmayaraq qiymətlər eynidir.



Mərhələ 2 “Azarkeş pasportu”

Biletin əldə edilməsi heç də stadiona birbaşa düşmək anlamına gəlmir. Belə ki, hər bir azarkeş bilet alışından sonra “Azarkeş pasportu” deyilən bir sənədi almaq üçün onlayn şəkildə müraciət etməlidir. İlk dəfə anoloji sənədi Rusiya höküməti Soçidə Qış olimpiya oyunları zamanı tətbiq edib. Azarkeş sənədi - dünya çempionatında bütün azarkeşlərin şəxsiyyətiti təsdiq edən sənəddir. Xarici azarkeşlər üçün bu sənəd vizanı əvəzləyir. Yerli azarkeşlər üçün (Rusiya vətəndaşları və Rusiyada daimi / müvəqqəti yaşayış hüququna malik olanlar) bu sənəd ilə oyunların keçiriləcəyi şəhərlərə çatmaq üçün nəqliyyatdan istifadə edəndə müəyyən imtiyazlar verir. Və ən əsası - bu sənədsiz stadiona BURAXMAYACAQLAR!
Bileti alandan sonra “azarkeş pasportuna” www.fan-id.ru saytnda ilə pulsuz rəsmiləşdirmək olar. Sənədin özünü isə poçt vasitəsi ilə sahibinə göndəriləcək və ya azarkeş onu oyunların keçiriləcəyi şəhərlərdəki FİFA mərkəzlərin birində ala biləcək.


Mərhələ 3 Beynəlxalq nəqliyyat xərcləri

Əlbəttə, Rusiyaya getmək üçün təkcə təyyarədən yox, dəmir yolu və avtobusdan da istifadə etmək olar.



Mərhələ 4 Qalmaq üçün yer

Azarkeş booking.com axtarış saytı vasitəsi ilə özünə münasib qiymətə qalmağa yer tapa bilər. Lakin yuxarıda qeyd etdiyimiz kimi, tez müraciət edən daha ucuz qiyməyə yer “tuta” bilər. Hazırda 7 gecəlik hosteldə gecələmək üçün obyektin vəziyyəti, yerləşədiyi ərazi və təklif etdiyi xidmətlərə görə azarkeş 100-500 AZN, mehmanxanada qalmaq üçün isə ən azı 1000 AZN pul ödəməlidir.

Dünya çempionatı zamanı Rusiyanın bəzi şəhərlərində qalmaq üçün yerə ödədiyin qiymətlər kəllə-çarxa çıxıb, bəzilərində isə nisbətən bahalaşıb. Məsələn, Rusiyada may tətilləri ilə müqayisədə Dünya çempionatı zamanı bəzi şəhərlərdə artım belədir:

Kalininqrad + 350%
Nijniy Novqorod + 320 %
Sankt-Peterburq + 40 %
Soçi + 29 %

Mərhələ 5 Qidalanma və şəhərdaxili nəqliyyat

Bilet və "azarkeş pasportu" olan azarkeş hava limanından “Aeroekspress” elektrik qatarı ilə şəhərin mərkəzinə PULSUZ gələ bilər. Diqər şəhərdaxili nəqliyyata gəldikdə, 11 şəhərin metropolitet qiymətlərini təxmini hesablamaq olarsa, avtobus qiymətləri şəhərdən-şəhərə fərqlənir. Bununla belə, avtobusda gediş haqqı metropolitendəki qiymətlərdən nisbətən bahadır.


Mundialın keçirildiyi şəhərlərdə ənənəvi bazarlarla yanaşı, balaca marketlər, endirimli, orta qiymət kateqoriyalı mağazalar, böyük şəbəkələr var.
Kücə ucuz yeməyi ilə yanaşı azarkeşlər “stolovılar” və restoranlarda qida gəbul edə bilər. “Stolovılarda” orta hesablı nahar (sup, əsas yemək, kompot) 5 manatdan başlayır.

Yuxarıdakı rəqəmlərə əsasən, bir həftə Kazanda (birbaşa təyyarə ilə çatmağı mümkün olan məsafəcən daha yaxın şəhər) azərbaycanlı azarkeşin xərci:

Bakı-Kazan-Bakı təyyarə bileti - 331 AZN
Oyuna bilet - (3-cü kateqoruya ən ucuz bilet) - 178 AZN
Qalmağa yer (Mərkəzə yaxın hosteldə 7 gecə qalmaq) 400 AZN
İctimai nəqliyyatdan istifadə (orta hesabla 6-8 dəfə) 0.7*6*7 günə - 30 AZN
Qidalanma (küçə yeməyi, “Stolovılar” və s.) gündə 2 dəfə (20-25AZN) * 7 günə = 140-175 AZN

Beləliklə, orta hesabla azarkeçin xərclədiyi məbləğ 1100 AZN.


Əlbəttə, bu azarkeşin xərcləyəcəyi təxmini minimal məbləğdir. İstənilən halda hər kəs yorğanına görə ayağını uzadır.

İsmayıl Fətəliyev
BAKU.WS