SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat berilib.

Məlumata əsasən, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

BAKU.WS