VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən




Daim müştərilərini düşünən Expressbank, “Asan Kreditlərə 8% endirim” kampaniyasına böyük marağı və filiallara axını nəzərə alaraq, Bayram günlərində də Sizlərə xidmət göstərəcək.

Belə ki, müştərilər, 17, 23, 24 və 26 mart tarixlərində saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:
-Asan kreditin verilməsi
-Expresso kartın sifarişi
-Smilecard-ın verilməsi
-Təcili pul köçürülməsi və alınması
-Depozit qəbulu
-Kart sifarişi və təhvili
-Valyuta mübadiləsi
-Hesaba mədaxil/məxaric
-Hesabın açılması və bağlanması.

Bundan əlavə olaraq Exspressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində Sizlərə aşağıdaki xidmətləri göstərəcək:

-Valyuta mübadiləsi;
-Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
-Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
-Kredit üzrə ödənişlər;
-Kommunal və digər ödənişlər.

Qeyd edək ki, Expressbank-da nağd pul kreditlərinə 8% endirim kampaniyası mart ayının 31-dək davam edir. Kampaniya çərçivəsində Siz də bankın filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə sərfəli şərtlərlə 15000 manatadək “Asan kredit”i illik cəmi 20%-lə əldə edə bilərsiniz. Bankın bayram günlərində də xidmətinizdə olması bu kreditlərin əldə edilməsi üçün gözəl bir fürsətdir.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.