SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda fəaliyyət göstərən 23 nömrəli məktəbin müəllimi vərəm xəstəsidir.

BAKU.WS-in 1news.az-a istinadən verdiyi məlumata görə vərəm xəstəsi olan məktəbin müəllimi Tahirə Həsənova barədə valideynlər narahatdırlar.

Onların sözlərinə görə, müəllim bunu gizlətsədə üstü təsadüfən açılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, hadisə araşdırılandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə deyib ki, 23 nömrəli məktəbdə müəllimlərdən birinin vərəmə yoluxması ilə bağlı məlumat var..

“Hazırda bu məsələ araşdırılır. Müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb: Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün”, - deyə Həqiqət Qədirova deyib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, 23 nömrəli məktəbin bütün şagirdləri vərəmə yoluxub-yoluxmadıqlarını müəyyən etmək üçün müayinədən keçirilir.

BAKU.WS