VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dəm "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.

BAKU.WS azvision.az-a istinadən bildirir ki,"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsinin bağlandığını bildirib.

"Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub", - qurum rəsmisi deyib.