“Azəreneeji” ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də “Saray 3” və “Saray 5” xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərenerji” və “Azərişıq” ASC-nin yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: “Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.

Hər iki qurum yaranmış narahatçılığa görə istehlakşılarından üzr istəyir.

BAKU.WS