SİZİN REKLAM BURADA!
055 213 76 73



Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

BAKU.WS-in məlumatına görə, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

"Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək."

Xatırladaq ki, bu günlərdə APA TV-nin "Show time" verilişi mərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin - 8 yaşlı qızının və yaşlı anasının əvvəlki şəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidə yaşadıqları görünürdü.

BAKU.WS