SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Ədliyyə Nazirliyində yeni təyinat olub.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Zahir Əlizadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə rəis təyin edilib.

O, indiyədək mərkəzin rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Nazirliyin mətbuat xidməti faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, mərkəzin əvvəlki rəisi Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

BAKU.WS