SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Çaynataun" restoranı böyük səs-küyə səbəb olmuş kampaniyasını davam etdirir.

BAKU.WS-in məlumatına görə, restoran "Çaynataundan ənənəyə sadiq hərəkət! 5 Oktyabr millimizin vurduğu hər qola 20% endirim edirik!" adlı yeni kampaniya elan edib.

Azərbaycan yığmasının Çexiyaya vuracağı hər qola endirim edəcək restoranın kampaniyası bununla bitmir. Matçda Rəşad Sadıqov qol vurarsa, 20%-lik endirimə 14% də əlavə olunacaq. Restoran bunu Rəşad Sadıqovun yığmadakı son oyununa görə müştərilərinə jest olaraq edib.

Xatırladaq ki, restoran bundan öncəki kampaniyada da hər qol üçün 20% endirim vəd etmişdi. San Marino ilə qarşılaşmada yığmamızın 5 qol vurması nəticəsində "Çaynataun"a gələn müştərilər millinin hesabına ödəniş etməyib. Hər qola görə 20% endirim olduğu üçün 5 topa görə 100% endirim edilib və nəticədə müştərilərdən hesab alınmayıb.

Restoran oyundan sonra bu paylaşımı edib: "Biz sözümüzün üstündə dayandıq! Millimizin 5 qolluq qələbəsinə "Çaynataun"dakı bütün qonaqları 100% endirim ilə pulsuz qonaq etdik. Təki həmişə belə qələbələr qazanaq!"

BAKU.WS