SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Hava Yolları QSC (AZAL) Dubaydan Bakıya uçan sərnişinlərə müraciət edib.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, Dubay Beynəlxalq Aeroportunda (DXB) baş vermiş fövqəladə hal ilə əlaqədar olaraq, J2-012 Dubay-Bakı reysi ilə səyahət edən sərnişinlərin baqajı təyyarəyə yüklənməyib.

Bildirilir ki, yüklər növbəti reyslər ilə Bakıya çatdırılacaq.

BAKU.WS