SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir.

Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

BAKU.WS