SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sanki hələ dünən Carabao enerji içkisi barədə çox az adam məlumatlı idi. Bu gün isə Azərbaycanın energetik içki bazarını "silkələyən” məhsuldan hər kəs xəbərdardır. 
 
Demək olar ki, energetik içki bazarına daxil olmadan öncə şəhərin sıxlıq təşkil edən bütün yerlərində asılmış və Azərbaycanda sakinlərinin marağına səbəb olmuş ağ-yaşıl Carabao reklam posterlərini hər kəs görüb.

Carabao nisbətən gənc brenddir. Onun yaranma tarixi 2002-ci ilə təsadüf edir. Belə ki, həmin vaxt Taylandın eyniadlı populyar kantri-qrupunun lideri Aed Carabao biznesmen Satien Settasitlə birgə içki buraxırlar.  Reklam kampaniyasının əsas ideyası təsisçilərin şəxsi nailiyyətləri olur – məsələn, "Xalqın səsi” nominasiyasında dəfələrlə qalib gəlmiş "Carabao” qrupu.

Carabao – itirilmiş enerjini bərpa edən, həmçinin özündə emosional və fiziki gücü ifadə edən yüksək keyfiyyətli enerji içkisidir. Azərbaycanda Carabao çox qısa zamanda dəbə çevrilərək uğur qazanıb. Bu da ölkə sakinlərinin zövqünə oxşadığının bariz nümunəsidir. 

Azərbaycanda ilk dəfə bu enerji içkisinin dadına 2017-ci ilin yazında baxıblar. Və məhz həmin andan etibarən Carabao rəsmi olaraq energetik içki bazarına daxil olub. Carabao bazarı uğurla fəth edərək, alıcıların rəğbətini çox sürətlə qazanmaqda davam edir.

Xüsusi olaraq qeyd edək ki, bazara rəsmi olaraq daxil olan istənilən məhsul kimi, Carabao da Azərbaycan Respublikasının tələblərinə cavab verən bütün lazımi yoxlama və instansiyaları keçərək, uyğunluqgigiyenik sertifikatlar əldə edib.
 

 

 

 

Carabao-nun simvolu – su camışıdır. Çalışqan və güclü camış Cənub-Şərq Asiyada "həyat traktor"u kimi tanınır və qeyri-adi fiziki güc, fövqəladə dözümlülük və döyüş ruhu ilə seçilir. Məhz bu səbəbdən də Carabao-nun rəsmi şüarı olan "Göstər gücünü!” enerji içkini və onun imkanlarını son dərəcə dəqiqliklə xarakterizə edir.

Beynəlxalq brend olaraq, Carabao İngiltərənin "Çelsi”, "Redinq” futbol klubları və Braziliya klub futbolunun flaqmanı "Flamengo” ilə əməkdaşlıq edir, eləcə də İngiltərə Futbol Liqası Kubokunun adı Carabao Kubokuna dəyişdirilib. 

Carabao eləcə də Azərbaycanda idman və mədəni tədbirlərdə iştirakçıların komanda ruhunu gücləndirir. Belə ki, Carabao bir sıra idman tədbirlərinin təşkili və sponsorluğunu həyata keçirib:  Ümummilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş illik velosiped turu, Şəkidə Extreme Camp və s.

 
Carabao Azərbaycanda ən parlaq və görkəmli mədəni lahiyələrdən biri kimi populyar olan "Maşın” realiti-şousunun sponsoru olub. "Maşın” lahiyəsində enerji içkisinin iştirakı ilə bağlı maraqlı faktlara aşağıda göstərilən buraxılışda baxmaq olar.



 
Carabao enerji içkisi "Jara” beynəlxalq musiqi festifalının tərəfdaşlarından biridir. Eləcə də  Carabao festivalın təşkilatçısı EMIN-nin yeni "İspaniya.Yay” («Испания. Лето») videoklipində də "rol ifa edib”.
 


Carabao enerji içkisi və onun gələcək layihələri haqda daha ətraflı məlumatı məhsulun rəsmi saytından, Facebook və Instagram (@carabao_az) səhifələrindən əldə etmək olar.