VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkələrdə tanınmış supermarketlərin reklam billboardlarının şəkilləri yayılıb.

BAKU.WS-in məlumatına görə, yayılan fotolardan məlum olur ki, iri marketlər reklam "müharibə"sinə başlayıb. Məsələn "Bazarstore»nin reklam panelində onlarda 1 kq turpun 0,75 AZN-ə, digər marketlərdə isə 41,49 manata satıldığı göstərilir.

 

"Bazarstore"un şüarına "Bravo"dan cavab verilməsi, müharibənin tərəflərini müəyyənləşdirib. Belə ki, "Bravo”nun cavabı çox gecikməyib. "Bir turpla bazar olmaz” , - deyə "Bazarstore" ələ salınıb. 

 

Bu iki marketin "turp müharibəsi deyəsən digərlərinin işinə yarayıb. Turpun 1 kq-nı 0.70 AZN-dən satışa çıxaran "Ted Azərbaycan” hər iki marketin bazarını öldürüb. Üstəlik 1 kq turp alana 1 kq da hədiyyə vəd edib.
 
BAKU.WS