SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda istehsal olunan Aquavita mineral suyunun dibində çöküntülərin olması videoya çəkilib. 

Vasif Həsənli adlı şəxsin BAKU.WS-ə göndərdiyi videoda bildirib ki, Bakıda istəhsal olunan suyun dibində çoküntülər var.  

Videonu çəkən şəxs  "Aquavita” mineral suyunu 3-4 kaset alıb.  O, bildirib ki, suyu alan zaman buz halında olub. V.Həsənli iddia edir ki, şirkət suyun içinə nəsə qatdığı üçün əvvəl su buz halında olur daha sonra suyun dibində çöküntülər yaranır.  

Videoda qeyd olunur ki, mineral sular əvvəl Gülüstan qapağı ilə gəlirdi.
 
Məsələ ilə bağlı "Aquavita” şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketoloqu Sürayyə Verdiyevanın sözlərinə görə mineral sular 5-20 C hərarətində və havanın nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalıdır: 
 
"Bildiyiniz kimi, həmin təbii "CANLI" suyun mütləq saxlanma şərtləri vardır ki, bu barədə məhsullarımızın etiketlərinin üzərində də ətraflı məlumat verilib - məhsullar günəş şüalarından qorunmalı, quru və sərin yerdə 5-20 C hərarətində və havanın nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalıdır. 
Nümayiş olunan videoda göründüyü kimi suların saxlanma şəraiti şərtlərə tamamilə uyğun deyil,  videonun müəllifinin qeyd etdiyi kimi sular öncədən dondurulmuş daha sonra donu aşılması üçün günəş şüaları altında saxlanılması güman edilir. Belə bir vəziyyətdə təbii suyun tərkibində olan mineralların çökməsi bir təbii fiziki proses olaraq baş vermişdir". 

Əlavə olaraq S.Verdiyeva bildirib ki, videonun müəllifini zavodla tanış ola bilər: "TAC" şirkəti hər zaman istehlakçılara "açıq" fəaliyyət göstərir və bunun sübutu kimi mütəmadi olaraq müxtəlif məktəblər və şirkətlər tərəfindən Aquavita zavoduna təşkil olunan ekskursiyaları qeyd etmək olar. Videonun müəllifini və digər hər bir müştərimizi istədikləri zaman zavodumuza ekskursiyaya dəvət edirik, gəlib şəxsən yüksək keyfiyyətli istehsalın şahidi ola bilərlər". 

Tuncay
BAKU.WS