SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Əziz dostlar, dünən ölkə mediası çox utancverici cinayət xəbəri ilə cəmiyyəti sözün əsl mənasında silkələdi. 21 iyul tarixində Xətai rayonu ərazisində 35-40 yaşlarında manyak tərəfindən 8 yaşlı oğlan uşağının zorlanması xəbəri hər kəsi şoka saldı. Bu, iyrənclikdən, xəstəlikdən başqa bir şey deyil. Məhz bu cür hadisələr proseslərin pərdəarxası məqamlarına xüsusi diqqət ayırmağı tələb edir".
 
BAKU.WS-in məlumatına görə, bu sözləri millət vəkili Adil Əliyev Facebook səhifəsində yazıb. Deputat bildirib ki, bu qəbildən olan cinayətlərin törədilməsi daha çox insanların psixi problemləri, tərbiyəsi ilə bağlıdır:
 
"Azərbaycanda belə cinayətləri adətən əqli cəhətdən normal olmayanlar törədirlər. Hesab edirəm ki, cinayət məcəlləsində azyaşlı uşaqlara qarşı zorakılıq hadisələrini törədənlərin cəzaları daha da sərtləşdirilməlidir. Əvvəlcə bu tip insanlar,əgər bunlara insan demək doğrudursa mütləq həkim, psixoloq, psixoterapevt, seksopotoloqlar tərəfindən müayinə edilməli və ən sərt cəza kəsilməlidir. Əgər vaxtında onlarla mübarizə aparılmasa cəmiyyətimizdə daha böyük hadisələr baş verə bilər. 

Əziz valideyinlər çox ayıq-sayıq olun. Uşaqlarınızı tək başına heç yerə göndərməyin. Hara gedib gəldiklərini izləyin, xəbərdar olun hər addımlarından. Əks təqdirdə bu manyaklar hər birimizin övladının qarşısına çıxa bilər". 
 
A.Əliyev asayişimizin keşiyində dayanan, cinayətkarlardan, cinayətlərdən bizləri qoruyan polislərimizə, Çevik Polis Alayının bütün heyətinə, o cümlədən xüsusilə Xətai rayonunda baş verən hadisəni aşkara çıxaran Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiriyə göstərdiyi qəhrəmanlığa görə təşəkkürünü bildirib.
 
BAKU.WS