SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanda uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə cəza ağırlaşdırılır.

BAKU.WS-in Modern.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, bu işi görənlər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. 

Hazırki qanunvericiliyə əsasən isə bu əməllərə görə, 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bundan sonra isə uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması təklif edilir.
 
Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Arzu Mirzəyeva
BAKU.WS