SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paşa İnşaat Ticarət Mərkəzləri Qrupu Ümumdünya Vəhşi Təbiət Fondunun "Yer Saatı” beynəlxalq kampaniyasına qoşulacaqdır.
 
BAKU.WS-in verdiyi xəbərə görə, Azərbaycanda İdea İctimai Birliyinin koordinatoru olduğu kampaniya zamanı 25 mart tarixində saat 20.30-dan 21.30-a dək Port Baku, Gənclik və 28 ticarət mərkəzlərinin fasad işıqları söndürüləcəkdir.
 
Hər il mart ayının son şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən  keçirilən aksiya zamanı bütün dünya üzrə hər kəs, dövlət və qeyri-dövlət, kommersiya təşkilatları, ictimai birliklər və s. həyatı acib olmayan elektrik cihazlarını bir saat müddətinə söndürməyə  çağrılır və bu addımla dünyada baş verən iqlim dəyişikliyinə diqqət arılması təşviq edilir. 

Arzu Mirzəyeva
BAKU.WS