SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Tanınmış azərbaycanlı iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri,  "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycana gələcək.
 
BAKU.WS-in Modern.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, o martın 25-də Bakıda olacaq.

Qeyd edək ki, iş adamı bir müddət əvvəl Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq, yüksək qiymətləndirilib.

Azərbaycana bu dəfəki gəlişi zamanı F.Məmmədovun Cocuq Mərcanlıya gedəcəyi və kəndin bərpasına yardım üçün ayırdığı pul vəsaitini təqdim edəcəyi gözlənilir.

Arzu Mirzəyeva
BAKU.WS