VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Hər il olduğu kimi, bu il də Novruz bayramı ilə əlaqədar olaraq minlərlə İran vətəndaşının Azərbaycana axını gözlənilir.

BAKU.WS Xəzər xəbər-ə istinadən bildirir ki, onların bir qismi artıq Bakıdadır. Turistlərin gəlməsi isə kirayə evlərə olan tələbatı artırıb. Mənzillərini kirayə verən şəxslər bildirir ki, kirayə evlər təxminən 10 gün müddətində Bakıda qalmaq istəyən iranlı turistlər üçün əlverişlidir. Onların kirayə evlərdə qalması elə ev sahiblərinin də ürəyincədir.

Ancaq bəzi ev kirayə verənlər düşünür ki, ev sahibləri bəzən iranlı turistlərə o qədər yüksək məbləğ deyirlər ki, bu da onları kirayə evlərdə qalmaqdan uzaqlaşdırır.
 
Mütəxəssislər bildirir ki, ev sahibləri əslində normal qiymət desələr, iranlılar otellərdən çox, evlərə üstünlük verər. Ancaq bəzən qiymətlərin həddən artıq və əsassız şişirdilməsi onları əlavə gəlirdən məhrum edə bilər. Bundan başqa, iranlı turistlərə ev verərkən onları aldatmamaq və inam yaratmaq da əsas şərtlərdən biridir. Çünki hansısa kirayə evdə qiymət məsələsində, ya da evin şəraiti ilə bağlı aldadıldığını düşünən turist növbəti dəfə bu mənzillərə üz tutmayacaq.

Arzu Mirzəyeva
BAKU.WS