SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda Mehdi Mehdizadə küçəsində qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanıb.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov həmin körpüdə kranın aşması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, hal-hazırda həmin ərazidədir. 

Qeyd olunub ki, bir müddət əvvəl betonqarışdıran maşının çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşmüşdü. Bununla əlaqədar olaraq, həmin körpü "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən təmirə bağlanıb:

"Bu məqsədlə körpüdə bu gün səhərdən təmir işlərinə başlanıb. Təmirlə əlaqədar həmin küçədə nəqliyyatın hərəkəti də müvəqqəti dayandırılıb. Kranın aşması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Arzu Mirzəyeva
BAKU.WS