SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Quba məhkəməsinin sədri Füzuli Pənahov 10 yaşlı Nurayın icraçılar tərəfindən işgəncələrə məruz qalmasına münasibət bildirib.
 
İstiPress-in Şimal bürosu xəbər verir ki, uşağın atasına verilməsi barədə Quba məhkəməsilə yanaşı, Apelyasiya və Ali Məhkəmələrin də qətnaməsinin olduğunu deyən sədr qanunvericiliyə əsasən uşağın atasına verilməli olduğunu, məhkəmə qətnamələrinin vacibliyini deyib.

Füzuli Pənahov bu mübahisəli məsələni qonşu Gürcüstanda baş vermiş oxşar hadisə ilə müqayisə edib. Bildirib ki, Gürcüstanda da atası sağ olan uşağın atasına verilməsi barədə qərar çıxarılmışdı, amma, qərar icra edilmədiyindən Avropa Məhkəməsinə müraciət edilmişdi. Avropa Məhkəməsi də bu işə baxılaraq uşağın atasına verilməsi barədə qətnaməni qüvvədə saxlamışdı. İndi bu məsələdə də məhkəmə qətnamələri mütləq icra olunmalıdır.

10 yaşlı Nurayın xalasının əri Eldar Eldarov isə məhkəmə qətnamələrinin, onun icrasının ləğv olunmasını tələb edir. Onun sözlərinə görə, icra dayanmayıb və onlar üçün 2-ci vuruşma hazırlana bilər. Eldar Eldarov ailənin, 10 yaşlı Nuray Bayramzadənin prezident İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya müraciət etməyə hazırlaşdığını deyir.
 
BAKU.WS