“Azərbaycan Dəmir Yolları” bayramda gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verib.
Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:
- Bakı-Ağstafa-Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;
- Bakı-Qəbələ-Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;- Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaqlar.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytından və yaxud “ADY Mobile” tətbiqindən istifadə etmək olar.
Oxşar xəbərlər
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Yeni qatarlar
“2024-cü ildə 10 yeni qatarın alınması nəzərdə tutulub. Bu qatarların dördü bu ilin sonunda ölkəmizdə olacaq. Lakin qatarlar 2024-cü ildə istismara buraxılacaq....
