SİZİN REKLAM BURADA!
055 213 76 73


Marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, daxil olan müraciət əsasında Lənkəran rayonu, Cil kəndində fəaliyyət göstərən, Xamiyev Kamal Mirzaid oğluna məxsus “Cil” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə 60 adda ümumi çəkisi 74 kiloqram müxtəlif əmtəə nişanlı şirniyyat, ədviyyat, süd məhsulunun və 30 litr alkoqolsuz içkinin istifadə müddətinin bitdiyi müəyyən edilib, eləcə də etiket məlumatlarında uyğunsuzluq olan ümumi çəkisi 60 litr duru yağ və istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir.

BAKU.WS
QALEREYA