SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq".
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
 
O həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb: "Bu baxımdan ölkədə maarifləndirmə aparılmalı, eləcə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.
BAKU.WS