SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın 29 ölkənin Ayda tədqiqatlar aparılması üçün həyata keçirilən “Artemis” Ay proqramına qoşulması mümkündür.

BAKU.WS xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə baş tutan mətbuat konfransında report-un sualını cavablandıran Yaponiya kosmik agentliyi JAXA-nın prezidenti Yama Kama bildirib.

“Ayda həyata keçiriləcək tədqiqatlar üçün “Artemis” layihəsinə start verilib və burada 29 ölkə iştirak edir. Amma təəssüf ki, bu ölkələr arasında Azərbaycan yoxdur. Amma istərdik ki, Azərbaycan da bu layihəyə qoşulsun!

Mən "JAXA" rəsmisi olaraq deyə bilərəm ki, bizim "Azərkosmos" ilə çox yaxşı əlaqələrimiz var və bu əlaqələri daha da inkişaf etdirmək, təcrübəmizi Azərbaycanla bölüşməkdə məmnun olarıq”.

Qeyd edək ki, “Artemis” Ay proqramının prioritet həmsədrləri JAXA, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Polşa Kosmik Agentliyidir.

Aya göndəriləcək ilk “Artemis 1” missiyasında məqsəd Ay səthinin kəşf edilməsi və davamlı inkişaf etdirilməsidir.

BAKU.WS