SİZİN REKLAM BURADA!
055 213 76 73


İstehlakçıların hüquqlarının müdafiəsi və azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi siyasət nəticəsində bu gün iqtisadi sferada keyfiyyət infrastrukturunun qurulmasına, istehlak bazarında sağlam rəqabətin qorunmasına, istehlakçı məmnuniyyətinin təmin edilməsinə nail olunub.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sentyabrın 28-də "Azad rəqabət mühitinin formalaşdırılmasında istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, istehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olmaqla daim diqqət mərkəzində saxlanılır, bu sahədə dövlət tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri həyata keçirilir.

İstehlakçıların hüquqlarının müdafiəsi qaydaları müəyyən standartda və keyfiyyətdə mal və xidmətlərin istehsalını təmin etdiyi üçün istehlakçı hüquqlarının qorunması ilə yanaşı, istehsalın və son nəticədə ölkə iqtisadiyyatının inkişafını təmin edir.

“Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır və artıq müasir texnologiyalara əsaslanan çoxsaylı müəssisələr fəaliyyətə başlamışdır.Ölkə strategiyasından irəli gələn tədbirlərin icrası nəticəsində və qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsi ölkədə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təmin edəcəkdir", - deyə nazir müavini vurğulayıb.

BAKU.WS