SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövcud təcrübədə bir çoxları avtomobili etibarnamə ilə idarə edir. Yeni alınan avtomobili ada keçirmək əvəzinə etibarnamə ilə sürülür.

Etibarnamə ilə adına avtomobil alınan şəxs vəfat etdikdə isə bu sənəd qüvvədən düşür.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev aztv-yə bildirib ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi vəfat edərsə, onun trəfindən avtomobilə verilən etibarnamələr qüvvədən düşür, 6 ay müddətindən sonra avtomobilin vərəsəsi təyin olunur, nəqliyyat vasitəsinin vərəsəlik hüququ olan şəxsin adına qeydiyyata alınması üçün BDYP-nin Qeydyyat İmtahan şöbəsinə müraciət etməlidir.

BAKU.WS
VİDEO