SİZİN REKLAM BURADA!
055 213 76 73


Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Dövlət Turizm Agentliyinin (DTA) Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Bakı istintaq təcridxanasında başlanılmış yeni pilot layihə üzrə təlim kursları yekunlaşıb.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov, DTA sədri Fuad Nağıyev, DMA İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tədbirdə çıxış ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin aşılanması cəza icra siyasətində şəffaflığın təmin edilməsinin ən vacib meyarlarındandır. Məhkum və həbs edilmiş şəxslərin müxtəlif peşə sahələri üzrə gələcəkdə də belə kurslara cəlb edilməsi vacibliyi vurğulanıb.

Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar təqdim olunub. Bildirilib ki, təqdim edilmiş sertifikatlar onlara müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirmək imkanları da vermiş olacaq.

Sonda məhkum və həbs edilmiş şəxslərin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, yemək rasionunun keyfiyyətinin yüksəldilməsi, ərzaq təminatının yaxşılaşdırılması istiqamətində görülən uğurlu işlərlə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.

BAKU.WS
QALEREYA