SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 16 yaşı tamam olur.

2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən "Yeni Çağ" 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb, mediaqrup halını alıb.

"Yeni Çağ" Media Qrupu bir sıra siyasi, sosial, iqtisadi, mədəni layihələr həyata keçirib və keçirməkdədir.

"Yeni Çağ"ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak ediblər və hər bir tədbir Azərbaycanla bərabər, həmin ölkələrin mətbuatında da ciddi rezonans doğurub.

Milli maraqların toxunulmaz prioritet elan edildiyi "Yeni Çağ" Media Qrupu daim yeni yanaşmalar irəli sürür, mövcud standartlarını yüksəldərək oxucuların rahatlığını düşünüb xəbərə əlçatanlığı təmin edir.

BAKU.WS kollektivi adından "Yeni Çağ"da çalışan həmkarlarımızı təbrik edirik!

BAKU.WS