SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Türkan qəsəbəsində avtobus problem illərdir həll olunmur.

Bunu Baku TV-yə qəsəbə sakinləri bildiriblər.

Onların sözlərinə görə, avtobusların sayının azlığı və yarım saatlıq intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, Türkan qəsəbəsindən şəhərə gedişlərin az olması səbəbindən 101 nömrəli marşrutun istismarında tez-tez fasilələr yaranırdı:

“Təhlillər nəticəsində 101, 150 və 187 nömrəli marşrutların sxemində dəyişiklik edilib və avtobusların hərəkəti Qala nəqliyyat mübadilə məntəqəsində təşkil olunub”.

BAKU.WS
VİDEO