SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ölkəmizdə yeni mütərəqqi kitabxanaların yaradılması ilə bağlı layihə hazırlanır".

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunda deyib.

"Artıq bir müddətdir Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki kitabxanalarda monitorinqlər aparılır. Ölkəmizdə yeni mütərəqqi kitabxanaların yaradılması lə bağlı layihə hazırlanır. Düşünürük ki, bununla həm də dünya kitabxanalarına inteqrasiyanı təmin etmək olcaq", - A.Marifli bildirib.

BAKU.WS