SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlərin görüləyəcini açıqlayıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək aşağıdakı istiqamətlərdə işlər aparılacaq:

- hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı, rəqabətqabiliyyətli kadr potensialının formalaşması,

- sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi,

- sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi

- əhalinin göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsinin artması,

- sosial xidmət layihələrinin miqyasının, sosial xidmətlər sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi,

- dövlət sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və həmin müəssisələrdə reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili,

- əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi,

- sosial xidmət sahəsində yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və s.

BAKU.WS