SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bakı Metropliteni" QSC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətnin onun ölçmə vasitələrində nöqsanlar aşkar etməsinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, səhmdar cəmiyyətindən report-un sorğusuna cavab olaraq Dövlət Xidməti bu ilin fevral ayında metroda istismar olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirdiyi bildirilib.

Monitorinqlər zamanı 6 713 müxtəlif təyinatlı cihaz və avadanlığın müəyyən edilmiş müddətdə yoxlamadan keçirilməməsi, 119 adda tipi təsdiq edilməmiş və 151 adda ölçmə vasitələrinin təsdiqi barədə məlumatın dəqiqləşdirilməsinin mümkün olmaması kimi nöqsanlar bildirilib.

2022-ci ildə “Bakı Metropoliteni”nin ölçmə cihazlarının yoxlamadan keçirilməsi üçün elan etdiyi tenderdə qalib gəlmiş “Maybo” MMC ölçmə cihazlarının yoxlamadan keçirilməsinə dair Dövlət Xidmətinə müraciət ünvanlayıb və adıçəkilən cəmiyyətdə çatışmazlıqlar səbəbindən müsbət cavab verilməyib.

Nəticədə, Bakı metrosunun ölçmə vasitələri ötən il yoxlamadan keçirilməyib.Dövlət Xidmətinin aşkarladığı nöqsanların aradan qaldırılması, ölçmə vasitələrinin yoxlamadan keçirilməsi, tipi təsdiq edilməyən ölçmə cihazlarının dövlət reyestrinə salınması məqsədilə ötən ay “Azərbaycan Metrologiya İnstitutu” ilə müqavilə imzalanıb, hazırda ölçmə vasitələri yoxlamadan keçirilir.

Bununla belə, metropolitenin müvafiq laboratoriyasının akkreditasiyadan keçirilməsi üçün Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət olunaraq tələb olunan müvafiq sənədlər hazırlanıb.

Laboratoriyada istifadə olunan ölçmə cihazlarının “Azərbaycan Metrologiya İnstitutu”nda yoxlamadan keçirilməsi haqqında sənədlər təqdim edildikdən sonra müvafiq sənədlərlə birlikdə Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət ediləcək.

BAKU.WS