SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, məhkəmə istintaqı dövründə vəfat etmiş Vidadi Muradovun ailə üzvləri əmlaklarla bağlı məhkəmə qərarından yenidən kassasiya şikayəti veriblər.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Aydın oğlu Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub. V. Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən il noyabrın 5-də ev dustaqlığında vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa Vidadi Muradovun özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlayıb.

BAKU.WS