SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın kiçik və orta biznes (KOB) subyektləri “Alman Qətər Qrup”la əməkdaşlıq edə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat yayıb.

Bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov “Alman Qətər Qrup”un baş direktoru Anas Kassem Al Onazi ilə görüşüb.

Onlayn keçirilən görüşdə KOBİA-nın mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəklər və xidmətlər barədə məlumat verilib, ölkəmizə investisiya qoyuluşu imkanlarına, KOB-lar arasında turizm və digər sektorlarda əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

BAKU.WS