SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən həftə Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman zavodunun açılışında iştirak etdi.

Belə ki, yeni açılan Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Eyni zamanda ölkəmizin bu zavodda istehsal olunan dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir.

Belə olan halda müəssisənin işə başlaması təbii olaraq ölkəmizə həm iqtisadi baxımdan, həm də dərmanların qiymətləri baxımından faydalı ola bilər.

İqtisadçı ekspert Eldəniz Əmirov "azertac"a bildirib ki, yeni zavodun açılması təkcə dərman sənayesinə deyil, eyni zamanda məşğulluğa, o cümlədən də bir tendensiya olaraq iqtisadiyyatın real sektoruna faydalı olacaq.

BAKU.WS
VİDEO