SİZİN REKLAM BURADA!
055 213 76 73


Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

O, bildirib ki, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir:

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Belə havalar əksər insanlar üçün əlverişsizdir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”.

BAKU.WS