SİZİN REKLAM BURADA!
055 213 76 73


Küləkli hava şəraiti ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edilib.

BAKU.WS xəbər verir ki, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində müşahidə olunacaq güclü küləklə əlaqəli DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​ yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

BAKU.WS