SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər il iyul ayının 22-də mətbuat işçilərinin peşə bayramı olan Milli Mətbuat Günü qeyd edilir.

Bununla əlaqədar olaraq “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi jurnalistlər üçün sürpriz etmək qərarına gəlib və bayram günündə onlara istənilən filmə bilet hədiyyə edir.

Bunun üçün:

- Kassaya yaxınlaşmaq;

- İş vəsiqəsini göstərmək;

- Blankı doldurmaq;

- Filmi seçmək lazımdır.

Yalnız sizin çox çətin və zəhmətli işiniz sayəsində hər kəs dünyada baş verənlərdən birinci xəbərdar olur, özgələrin xoşbəxt və kədərli əhvalatlarını yaşayır, dahi insanlar ilə tanış olur.

Qoy sizin nəşrləriniz çiçəklənsin, xəbərlər isə ancaq maraqlı və müsbət olsun.

Media nümayəndələrinə bu qədər məsuliyyətli və zəhmətli peşə seçdiklərinə görə səmimi minnətdarlığımızı bildiririk.

“CinemaPlus” kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

BAKU.WS