SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün yerli vaxtla saat 02:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələlərin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Narahatlığa heç bir səbəb yoxdur", - deyə Q.Yetirmişli bildirib.

BAKU.WS