SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində də hiss olunub.

BAKU.WS xəbər verir ki, qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

BAKU.WS