SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın 8-ci kilometr bazarında bu məhsul boldur.

Mövsümün vazkeçilməzi olan yemiş və qarpız bazarda boldur. Yemişin kiloqramı 1.30-160 arası dəyişir. Qarpızın kiloqramına gəlincə, 50-55 qəpik arasında dəyişir. 

Şaftalının qiyməti 1.50 dən başlayır. Ərik isə satıcılar deyir ötən mövsümlə müqayisədə daha ucuzdur. Bundan başqa pomidor və xiyarın da qiymətində ucuzlaşma olduğunu deyirlər.

Beləliklə lobyanın qiyməti 2 manat, kabakın kiloqramı 60 qəpik, gül kələmi 2 manat, badımcan iki manta təklif olunur. Göyərtinin 5 ədədi 1 manat, yaşıl bibər 1.50 qəpikdir. Göbələk 4-4.50 manata satılır.

Kartof və soğana gəlincə qiymət dəyişmir.

Alıcılar isə deyir ki, bu məhsul bol olsa da, qiymətlərdə artım var. Bir sözlə, alıcılar qiymətin baha, satıcılar isə ucuz olduğunu deyir. Görünən isə odur ki, keyfiyyətli malın qiyməti həmişə olduğu kimi baha, az keyfiyyətli isə ucuza təklif olunur.

BAKU.WS
VİDEO