VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı attraksionlardır.

Lakin bir müddətdir ki, bulvar ərazisində bəzi attraksionların fəaliyyəti dayandırılıb, bir neçə attraksion sökülüb.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar köhnəlmişdi, müasir tələblərə cavab vermirdi.

“Köhnəlmiş attraksionların yığışdırılması həm də insanların təhlükəsizliyi baxımından vacib idi. Onlar yeni nəsil attraksionlarla əvəzlənəcək. Artıq yeniləri sifariş olunub. İlkin mərhələdə onların bir neçəsini ilin sonuna qədər bulvarda görmək mümkün olacaq”, - deyə Ə.Mehdiyeva bildirib.

BAKU.WS