SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyənin senzura monitorinqi üzrə qrupu TurkeyBlocks bəyan edib ki, ölkədə  WhatsApp messenceri,  YouTube video portalı, Facebook və Twitter sosial şəbəkələri bağlanıb.

BAKU.WS xəbər verir ki, yuxarıda qeyd edilənlərə noyabrın 4-ü gecə saat 1:20-dən giriş qadağan edilib.

Hüquq müdafiəçiləri bildirir ki, Instagram sosial şəbəkəsinə də giriş qadağan edilib.

TurkeyBlocks  WhatsApp, YouTube, Facebook və Twitter-ə giriş qadağan edilməsini Xalqların demokratik partiyasının bir neçə liderinin saxlanılması və bu partiyanın Ankaradakı ofisində axtarışların aparılması ilə əlaqələndirir.
 
İlyas Quliyev
BAKU.WS